Ölkə futbolu

“Qəbələ” “Panatinaikos” öncəsi son sınağına hazırlaşır

Azərbaycan Premyer Liqasının II turunda AZAL-la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 10-da Qəbələdə keçirilən “Qarabağ”la I turun ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” iki gündür Bakıda hazırlıq keçir.

Bugünkü hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.

Qeyd edək ki, avqustun 15-də “AZAL Arena”da keçirilməli olan oyunun yeri də dəyişdirilib. Belə ki, “Qəbələ”nin AZAL-la səfər oyunu “Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43