İdman

“Qəbələ” – “Proqres”: hakimlər açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununun hakimləri açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanı moldovalı hakimlər idarə edəcək. Görüşün baş hakimi Vyaçeslav Banari, onun yardımçıları isə Vasili Ermişin və Dimitri Çiobanudu. Matçın dördüncü hakimi Andrey Kojakaru olacaq. Qarşılaşmada İqor Pristovnik (Xorvatiya) hakim-inspektor, Nikoloz Jgarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

İyulun 12-də keçiriləcək “Qəbələ” – “Proqres” oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43