Premyer Liqa

“Qəbələ” qalib gəldi, “Zirə” “Qarabağ”a uduzdu (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun ilk oyun günündə keçiriləcək iki qarşılaşmada "Qarabağ" Şüvəlanda "Zirə"ni, "Qəbələ" isə doğma meydanda AZAL-ı qəbul edəcək.

Turnir cədvəlinin ilk pilləsində qəralaşan "Qarabağ" bu gün növbəti qələbəsini qazanmağa çalışacaq. "Qəbələ" ilə arasında 1 xal fərqi olan ağdamlılar xal itirmək niyyətində deyil. Lakin "Zirə" də asan təslim olmayacaq. Baş məşqçi postuna gəlişindən sonra ardıcıl iki qələbə qazanan Ayxan Abbasovun komandası bu görüşədən də xalla ayrılmaq istəyəcək.

"Qəbələ" isə AZAL-ı sınağa çəkəcək. Çempionluğa iddialı olan "qırmızı-qaralar" turnir cədvəlinin lideri ilə arasında olan xal fərqini qorumağa və ilk pilləyə yüksəlməyə çalışır. Roman Qriqorçukun yetirmələri bu gün var gücləri ilə oynayıb maksimum nəticə göstərməyə çalışacaqlar.

Azərbaycan Premyer Liqası

17-ci tur

8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL  2:0
QOL: Filip Ozobiç, 64-pen. (1:0), 90+3 (2:0)
Qırmızı vərəqə: R.Omeqa

Qəbələ şəhər stadionu

17:30.“Qarabağ” – “Zirə”  2:0
QOL: Əfran İsmayılov, 13 (1:0); Dino Ndlovu, 47 (2:0)

“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43