Premyer Liqa

“Qəbələ” – “Qarabağ” matçını idarə edəcək hakim bəlli oldu (ÖZƏL)

Azərbaycan Premyer Liqasının XXVI turuna sabah start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi görüşü olan “Qəbələ” – “Qarabağ” matçını idarə edəcək hakim bəlli olub.

Əldə etdiyimiz özəl məlumata görə, Qəbələdə keçiriləcək qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, martın 19-u keçiriləcək oyun saat 15:00-da başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43