Premyer Liqa

“Qəbələ” – “Qarabağ” matçının başlama saatı açıqlandı

Azərbaycan Premyer Liqasının XIX turunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununun başlama saatı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, fevralın 19-u keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək. Bu haqda Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, hazırda “Qarabağ” 42 xalla turnir cədvəlində birincə, “Qəbələ” isə 39 xalla ikinci yeri tutur. Hər iki komanda 18 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43