İdman

“Qəbələ” qələbə qazandı, mərhələ adlaya bilmədi!

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki təmsilçilərimizdən “Qəbələ” Lüksemburqda “Proqres”in qonağı olacaq.

Öz meydanında rəqibinə gözlənilmədən məğlub olan Sənan Qurbanovun komandası səfərdə mütləq minimim 2 top fərqi ilə qalib gəlməlidi. Əks təqdirdə mərhələ keçilməz olacaq.

19 iyul

Avropa Liqası

1-ci təsnifat mərəhləsinin cavab oyunu

21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) 0-1

Qol: Monroz, 28

Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 79 (“Qəbələ”)

İlk oyun – 2:0

Baş hakim: Keyt Kennedi (Şimali İrlandiya)

Differdanj. Şəhər Munisipal stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43