Ölkə futbolu

“Qəbələ” qələbə qazandı,”Rəvan” son saniyələrdə məğlubiyyətdən qaçdı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu mərhələnin baş tutacaq hər iki görşü übu gün keçiriləcək.

Çempionatda şansını itirmiş "Xəzər Lənkəran" səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Avrokuboklara getmək üçün tək şansı kuboku qazanmaq olan "Xəzər Lənkəran"dan fərqli "Qəbələ" Premyer Liqada uğurlu nəticə qazansa Avroliqaya bilet sifariş edə bilər. Təbii ki, bunun üçün ilk üç yerdən birini tutmaq lazımdır.

Yarımfinalın digər cütlükləri, "Neftçi" – "Rəvan" görüşündə isə meydan sahibləri favoritdi. Tarixində ilk dəfə yarımfinala yüksələn Güvənç Kurtarın yetirmələri yenidən sürprizə imza ataraq, finala yüksəlməyə can atacaq. Çempionluq şansını demək olar ki, itirən 2Neftçi" isə kuboku qazanmaqla ən azındna mövsümü titulla bitirmək niyyətindədi. 

Qeyd edək ki, cavab oyunları aprelin 24-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

16 aprel (çərşənbə)

16:00. “Qəbələ” – “Xəzər Lənkəran” 3:0
Qol: Nizami Hacıyev, 53, 71, Mendi, 59

Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Rəvan” 1:1
Qol: Araz Abdullayev, 52, Tyeqo, 90+2

“Bakcell Arena” stadionu

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43