İdman

“Qəbələ” qrup mərhələsində “Qarabağ”a şəriklik edəcək (YENİLƏNİB)

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə,  ölkəmizi bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxacaq.

"Qırımızı-qaralar" ilk oyunda Bakıda məğlub etdikləri "Maribor"la Sloveniyada münasibətlərə aydınlıq gətirəcək.

Bu oyunda komandamıza minimal hesablı məğlubiyyət də bəs edər ki, qrup mərhələsinə vəsiqə əldə edək.

25 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

22:15. "Maribor" (Sloveniya) 1–0 "Qəbələ" (Azərbaycan)
Qol: Tavareş 66.
Qırmızı vərəqə: Teo Viks 69.

İlk oyun -1:3

Baş hakim: Viktor Kaşşai

Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot

Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)

Maribor. "Lyusdki Vrt"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43