Ölkə futbolu

“Qəbələ” Rəşad Sadiqovla yollarını ayırdı!

“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət təmsilçisi 34 yaşlı yarımmüdafiəçisi Rəşad Sadiqovla yollarını ayırıb. 2014-cü ildən “Qəbələ”də çıxış edən futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

Artıq futbolçunun hansı kluba keçəcəyinə də böyük ölçüdə aydınlıq gəlib. O, sabiq komandası olan “Neftçi” ilə müqavilə imzalamağa yaxındır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43