Müsahibə

“Qəbələ” rəsmisi: “Səhv etməyə haqqımız yoxdur” (MÜSAHİBƏ)

"Qəbələ"nin meneceri Zaur Əzizovun idmanxeber.com saytına müshaibəsi.

– Kubokun finalı sizin stadionda keçirildi. Təşkilatçı PFL olsa da, hər halda siz də az-çox məsuliyyət daşıyırdınız. Ümumi təşkilatçılıq baxımından finalı necə dəyərləndirərdiniz?

Bu bir başa PFL-in təşkilatçılığı idi. Biz burada sadəcə qonaq idik. Biz hər iki komandanın rəsmilərinə bildirmişdik ki, nəisə köməklik lazım olsa edərik. 

– PFL təşkilatçı olsa da sizin də öhdəlikləriniz var idi. Hansısa klub nədənsə narazı qalmadı?

Yox. Yaşxı oldu ki, hər şey meydançada həll olundu. Kənar bir şey olmadı. Biz "Qarabağ"ı da təbrik etdik, "Neftçi" rəsmiləri ilə də görüşdük. Hər hansı bir narazılıq yox idi. 

– "Qəbələ" azarkeşlərinin əksəriyyəti finalda "Qarabağ"a azarkeşlik etdi. Siz hansı komandanın qələbə qazanmasını istədiniz?

Daha çox fikirləşirdim ki, hər şey qaydasında olsun. Qonaqlar razı qalsın, heç fikrim elə də oyunda olmurdu (gülür)

– "Qəbələ" ard-arda iki uğurlu mövsüm keçirdi. Nə vaxtsa "Qəbələ"ni "Qarabağ"ın yerində görə biləcəyikmi?

Bizim də istəyimiz, hədəfimiz var. "Qarabağ" da bu günə birdən-birə gəlmədi. Yaxın zamanlarda komandamız belə bir uğurları qazanacaq. Buna inanırıq. 

– "Qəbələ"nin bu ilki çıxışı olduqca uğurlu alındı. "Qəbələ" ölkəmizi avrokuboklarda təmsil edəcək  4 komandadan biridi. Sizin kollektivə və "Qarabağ"a böyük ümidlər var. Avropa Liqasında "Qəbələ"dən nə gözləyək?

Bütün komandalarımız uğurlu çıxış edə bilər. Baş məşqçimiz son vaxtlarda qazanılan uğurlarda böyük pay sahibidi. Biz də ona bu işdə kömək etməyə çalışırıq. Ötən il təcrübəsizlik öz sözünü dedi və mərhələ adlaya bilmədik. Ancaq onu deyə biləcəyəm ki, ötən ilki səhnə yaşanmayacaq. Futbolçu çatışmamazlığı, təcrübəsizlik və başqa məqamlar… Ötən ilki səhvləri etməyə haqqımız yoxdur. 

– Rəhbərlik Qriqorçukun qarşısına Avroliqada nə kimi şərt qoyub: Mərhələ adlamaq, yoxsa qrup mərhələsi?

Biz bu gün Qriqorçukun qarşısına nəisə hədəf qoya bilmərik. Ondan komandanı qrup mərhələsinə daşımağı da tələb edə bilmərik. Qarşımızda ilk mərhələ var. Rəqibdən çox şey asılıdı. İlk mərhələni adlamaq gücündəyik və buna inanırıq. 

– Komandanın Avropa Liqasında uğurlu çıxış etməsi üçün transferlər vacibdi.  Bir neçə futbolçu var ki, adı "Qəbələ"ylə hallanır. Bu haqda nə deyərdiniz?

Bugün açıq deyim ki, anlaşdığımız bir futbolçu var. O da əcnəbidi. Ancaq futbolçuyla müqavilə imzalanmamış, o formanı geyinməmiş adını açıqlamaq düzgün olmaz.  Yaxın 3-4 gündə bəlli olacaq. Supertransfer deyil, məşqçimizin istədiyi oyunçudu.

– Ekiko Ehiosun məsələsi nə yerdədi?

Hələ ki, bu məsələ açıq qalır. Futbolçuya şərtlərimizi bildirmişik, cavab gözləyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43