Kateqoriyasız

“Qəbələ” – “Samtredia” oyununun hakimləri

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Samtredia” (Gürcüstan) oyununa hakim təyinatı açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 8 km qəsəbə stadionunda  keçiriləcək  qarşılaşmada Belarusdan olan hakimlər briqadası idarəçilik edəcək.

Baş hakim: Dzianis Şçarbakou

Baş hakimin köməkçiləri: Dzmitri Zhuk, Yuri Khomçanka

Dördüncü hakim: Siarhei Tsynkeviç

(Hakimlər briqadası Belarusdandır)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Xatırladaq ki, oyun iyunun 30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43