Premyer Liqa

“Qəbələ” səfərdə 3 xal qazandı, “Simurq” “Xəzər Lənkəran”ı əliboş yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk öncə Biləcəridə "Bakı" "Qəbələ"ni qonaq edəcək. Paytaxt klubu qələbə qazanmaqla sonuncu pillədən qurtulmaq yolunda ilk addımını atmış olacaq. 

"Qəbələ"də vəziyyət isə fərqlidi. Qriqorçuk əyalət klubunun başında ilk dəfə rəsmi matça çıxacaq. "Neftçi"nin məğlub olması və "İnter"in xal itirməsindən "Qəbələ" maksimum dərəcədə yararlanmalıdı.

Tura Zaqatalada yekun vurulacaq. Burada "Simurq" gənclərə güvənən "Xəzər Lənkəran"la üz-üzə gələcək. Meydan sahibləri avrokuboklara getmək yolunda XL-i məğlub etməyə borcludusa, Cənub təmsilçisinin də şansları az deyil.

1 fevral

17:00. “Simurq” – “Xəzər Lənkəran” 2:0

Qollar:   Elnur Abdullayev, 51 (1:0), Rəşşad Eyyubov, 60 (2:0)
Zaqatala şəhər stadionu

14:00. “Bakı” – “Qəbələ” 0:2

Qollar: Cavid Hüseynov, 56 (0:1), Vüqar Bəybalayev, 86-avtoqol (0:2)

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43