İdman

“Qəbələ” – “Sent-Etyen” matçını idarə edəcək hakimlər açıqlandı

Futbol üzrə Avropa Liqasının IV turunun C qrupunda "Qəbələ" və Fransa "Sent-Etyen"i arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

İdmanxeber.com xəbər verir ki, sözügedən qarşılaşmanı Karlos Del Serro Qrandenin başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək.

"Bakcell Arena"da keçiriləcək qarşılaşma noyabrın 3-də saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43