Ölkə futbolu

“Qəbələ” – “Sent-Etyen” oyununun biletləri satışda

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qəbələ" – "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb. 

 

 
İdmanxeber.com-un məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. 

 

 

 
Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" – "Sent-Etyen" matçı saat 22:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43