Ölkə futbolu

“Qəbələ” sifariş vərəqini UEFA-ya təqdim etdi

“Qəbələ”nin UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 22 futbolçunun adı yer alıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Yagelloniya” arasında ilk oyun iyulun 13-də, cavab matçı 20-də baş tutacaq. “Qırmızı-qaralar” ilk görüşü evdə keçirəcək.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 23. Aqil Məmmədov;

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Deyv Bultuis, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov;

Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 7. Araz Abdullayev, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov, 16. Dion Malone, 19. Filip Ozobiç, 20. Xavi Ernandes Qonzales, 88. Tellur Mütəllimov;

Hücumçular: 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 28. Stefan Jozef-Monroz, 45. Famussa Kone.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43