Ölkə futbolu

“Qəbələ” tamamlayır, Bakıya yola düşür

Sentyabrın 15-də Topaz Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL – “Qəbələ” görüşünün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar” bu gün axşam məşqi ilə doğma məkanda oyunöncəsi hazırlıqlara yekun vuracaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, sabah səhər saatlarında komanda paytaxta yola düşəcək.

“Qəbələ” qarşılaşma öncəsi son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq. Komanda Bakıya bir itki ilə – məşq prosesində ağır zədə alan Rail Məlikovsuz yollanacaq.

Xatırladaq ki, matç sentyabrın 15-də, saat 18:00-da start götürəcək və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43