Ölkə futbolu

“Qəbələ” transferə doymur: İtaliya A seriyasında oynamış futbolçu rəsmən əyalət klubunda

Dünən yarımmüdafiəçi  Cavid Hüseynovu rənglərinə bağlayan “Qəbələ” bu gün sıralarını daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, slovakiyalı müdafiəçi Pavol Farkas ilə birillik müqavilə imzalanıb. Farkas “Qəbələ”də 26 nömrəli forma ilə çıxış edəcək.

27 mart 1985-ci ildə anadan olan Farkas futbolçu karyerasına 2003-cü ildə Slovakiyanın “Nitra” klubunda başlayıb. 2007-ci ilə qədər adıçəkilən komandanın şərəfini qoruyan müdafiəçi daha sonra “Petrjalka” (Slovakiya, 2007-2008), “Vasluy” (Rumıniya, 2009-2012), “Kyevo” (İtaliya, 2012) və “Ternana”nın (İtaliya, 2013) formasını geyinib.

Pavol Farkas 3 dəfə Slovakiya milli komandasının heyətində yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43