Ölkə futbolu

“Qəbələ” türkmənlər üçün hazırdır

2014/2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 22-ci gününü 1 məşqlə yekunlaşdırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalara yerinə yetirib.

Xatırladaq ki, “Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində 7-ci yoxlama oyununu keçirəcək. Bu matçda “qırmızı-qaralar” Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43