Kateqoriyasız

“Qəbələ” üçün “Dinamo”nun üstün və zəif cəhətləri (ARAŞDIRMA+FOTOLAR)

Tarixində ikinci dəfə Avropa Liqasında mübarizə aparacaq "Qəbələ" artıq rəqibini tanıyıb. "Qırmızı-qaralar" ilk təsnifat mərəhləsində Gürcüstanın "Dinamo" klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Bəs görəsən Qriqorçukun rəhbərlik etdiyi komanda Tblisi təmsilçisi ilə oyunda hansı məqamlara xüsusi diqqət etməlidir? Məhz araşdırmada bu amillərə toxunacayıq.

Ən çox qol vuran komanda…

Başa çatan Gürcüstan çempionatının 2014/15 mövsümünün ən məhsuldar komandası məhz "Dinamo"du. "Qəbələ"nin rəqibi keçirdiyi 30 matçda rəqib qapılarını 56 dəfə silkələyə bilib. Komanda müdafiədəki etibarlılığı ilə fərqlənir. "Dinamo" 30 matçda qapısında 28 qol görüb. 

Müqayisə üçün deyək ki, "Qəbələ" başa çatan mövsümdə keçirdiyi 32 oyunda rəqib qapılarına 46 qol vurub, öz qpaısında 35 qol görüb. 

Bu hücumçuya diqqət…

"Dinamo"nun məhsuldar oyun sərgiləməsində böyük pay sahiblərindən biri də hücumçusu Georgi Papunaşvilidi. Forvard başa çatan mövsümdə Tbilisi klubunun heyətinə ən çox qol vuran oyunçudu. 19 yaşlı Papunaşvili az qala hər oyunda rəqib qapılarını silkələyə bilir. 

Meydanında təhlükəlidi…

"Dinamo" başa çatan mövsümdə öz meydanında ən yaxşı oyun sərgiləyən ikinci komandadı. Tbilisi klubu öz meydanında keçirdiyi 15 matçda 35 xal toplaya bilib. Doğma azarkeşləri önündə 11 qələbə, 2 heç-heçə və 2 məğlubiyyəti olan "ağ-göylər" səfərdə elə də yaxşı oyun sərgiləyə bilmir. Qonaq meydanında 6 qələbə, 5 heç-heçə və 4 məğlubiyyəti olan "Dinamo" keçirdiyi 15 səfər matçında qapısında 17 qol görüb. 

Maraqlı məqam ondan ibarətdi ki, "Qəbələ"nin rəqibi çempionatın son 5 turunda qələbəyə həsrət qalıb. Məhz avrokuboklara yaxın komandanın belə zəif çıxışı "Qəbələ"nin lehinə olan amildi. Məsələ burasındadır ki, "qırmızı-qaralar" da son həftələr olduqca gözəl oyun sərgiləyərək uğurlu nəticələr əldə etdi.

Qazax "silləsi"

"Dinamo" ardıcıl 3 mövsümdür ki, Gürcüstan çempionatında mükafatçılar sırasına düşərək avrokuboklarda iştirak hüququ qazanır. Komanda avrokuboklarda iştirak etdiyi son mövsümdə Qazaxıstan "Aktobe"si ilə oyunda qələbəyə həsrət qalıb. "Qəbələ"nin rəqibi qazaxları iki oyunun nəticəsində nəinki məğlub edə bilməyib, heç qol sevinci də yaşamayıb – 0:1, 0:3

"Dinamo" məğlubedilməz rəqib olmadığını bir daha gördünüz. İstənilən halda təmsilçimiz bu cütün favoriti sayılan "Dinamo"nu məğlub edərək, tarixində ilk dəfə Avropa Liqasında tur adlamalıdı. Daxili çempionatının son turlarında, Avropa Liqasının son mövsümündə qələbəyə həsrət qalan "Dinamo" bu sindiromu "Qəbələ" ilə oyunda "qırmamalıdı".

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43