Kateqoriyasız

“Qəbələ” üçün final və gümüş medal

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçirib.

İdmanxeber.com-un məlumatına görə,, akademiyanın yetirmələri AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayıblar.

Belə ki, U-19 “Neftçi” ilə ev oyununda 4:3 hesablı qələbə qazanıb. 28 oyunda 59 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. Növbəti turda “Qəbələ” səfərdə “Simurq”la qarşılaşacaq. U-16 komandası səfərdə “Rəvan”la qarşılaşmalı idi. Həmin matçda meydan sahiblərinə texniki məğlubiyyət verilib. Bu qələbədən sonra xal hesabını 66-ya çatdıran “Qəbələ” sona 1 tur qalmış liderliyini qoruyur. Komanda son turda öz meydanında “Neftçi” PFK ilə görüşəcək.

Səfərdə “Simurq”a 2:0 hesabı ilə qalib gələn U-15 də çempionluq şansını qoruyur. 25 oyundan sonra 59 xalla 2-ci olan “qırmızı-qaralar” liderdən 2 xal geri qalır. Son turda qəbələlilər “Sumqayıt”ı qəbul edəcək. U-14 yarımfinalda “Neftçi” PFK ilə üz-üzə gəlib. İlk oyunda 3:2 hesabı ilə qalib gələn “Qəbələ” səfərdə də qələbə qazanıb – 1:0. Bu qələbədən sonra komanda finala yüksəlib. U-12 isə artıq final oyununu keçirib. “Bakı” ilə görüşən əyalət təmsilçisi 0:2 hesabı ilə uduzub. Bununla da “qırmızı-qaralar” gümüş medallara yiyələnib. U-11 1/4 finalda “Neftçi” İK İB üzərində 5:1 hesabı ilə qalib gəlsə də, yarımfinalın “İnter”lə oyununda mübarizəni dayandırıb. “Qırmızı-qaralar” 3-cü yer uğrunda matçda “Xəzər Lənkəran”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43