Ölkə futbolu

“Qəbələ” üçün Syomion şoku

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin “Qəbələ” karyerası yekunlaşmaq üzrədi.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis ölkəsinin “Spartak” (Moskva) klubunu çalışdıra bilər. Moskva klubunun rəhbərliyi Syomini Rusiyaya gətirmək üçün bütün vasitələrə yol atırlar.

Klubun direktorlar şurasında da, Syominin gəlməsinin lehinə olan şəxslər var. Syomin özü isə bu barədə belə deyib:

“Belə bir klubda namizədliyimin müzakirəsi xoşdur. “Spartak”ın sadiq azarkeşlərdən ibarət böyük ordusu var və komanda böyük tapşırıqları yerinə yetirməyə qadirdir. Xüsusilə də, gələn mövsümdən komanda ev oyunlarını öz stadionunda keçirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43