Ölkə futbolu

“Qəbələ” uduzdu amma… (YENİLƏNİB)

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu turnirdə mübarizə aparan "Qəbələ" klubu Gürcüstanda "Samtredia" ilə üz-üzə gələcək.

Bir həftə bundan öncə Bakıda rəqibini darmadağın edən (5:1) "qırmızı-qaralar" üçün cavab matçı formal xarakter daşıyır. Möcüzə olmayacağı təqdirdə Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv mərhələ adlayan tərəf olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

7 iyul

19:00. “Samtredia” (Gürcüstan) 2–1 “Qəbələ” (Azərbaycan)
Qollar: 
Budu Zivzivadze 14, Laşa Şergelaşvili 90, – Teo Uiks 43.

Baş hakim: Georgios Kizas

Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)

Hakim-inspektor: İqor İşenko (Ukrayna)

UEFA nümayəndəsi: Mətin Kazancıoğlu (Türkiyə)

Zestafoni. “David Abaşidze” stadionu

İlk oyun – 1:5

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43