Ölkə futbolu

“Qəbələ” uduzdu

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün üçüncü yoxlama oyununa çıxıb.

Təmsilçimiz Türkiyənin superliqa təmsilçisi “Konyaspor”la qarşılaşıb. Bakı vaxtı ilə saat 18:00-da başlayan qarşılaşmada qapılara altı qol vurulub. Yekun hesabda Türkiyə təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.

16 yanvar

18:00. “Konyaspor” – “Qəbələ” – 4:2

Qollar: Rafael Santos, 8 (0:1), Yannik Kamanan, 31 (0:2), Hasan Kabze, 37 (1:2), Calma, 43 (2:2), Hasan Kabze, 53 (3:2),

Torvaldsson, 70 (4:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43