Ölkə futbolu

“Qəbələ” UEFA-dan məktub aldı: “İyunun 4-də bilinəcək”

“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindən azad olacağı ehtimalı yüksəlib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə sport24.az saytına “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov məlumat verib.

Həmsöhbətimiz dünən UEFA-dan rəsmi məktub aldıqlarını bildirdi: “Qitənin ali futbol qurumundan dünən aldığımız məktubda birbaşa bildirilməsə də, Avropa Liqasına 2-ci təsnifat mərhələsindən başlayacağımıza dair ehtimalın yüksək olduğu yazılıb. Son olaraq buna dair məlumatı iyunun 4-də alacağıq”.

Qeyd edək ki, daha öncə “Qəbələ”nin Avropa Liqasına 2-ci mərhələdən başlayacağını yazmışdıq. Bu, iyunun 3-də baş tutacaq Çempionlar Liqasının finalı – “Yuventus”la “Real” arasındakı matçdan sonra rəsmi təsdiqini tapacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43