Ölkə futbolu

“Qəbələ” ukraynalı futbolçu ilə yollarını ayırdı

“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb. 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 

İdmanxeber.com-un məlumatına görə, 2015-ci yayından “qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə klubumuzun şərəfini qoruyub. 

Aleksey “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43