Premyer Liqa

“Qəbələ” və “İnter” mükafatlandırılmaya bilər

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ” doğma meydanda “İnter”i qəbul edir.

İdmanxeber.com-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, bu gün keçirilən matçdan sonra hər iki komandaya medallar təqdim edilməlidir. Lakin əldə etdiyimiz məlumata görə, mükafatlandırma baş tutmaya bilər. Buna səbəb Qəbələdə güclü yağış yağmasıdır. Hazırda bu barədə müzakirələr aparılır.

Qeyd edək ki, “İnter” bu matçda məğlub olacağı təqdirdə, bürünc medalı qazanacaq. “Bankirlər” “gümüş” qazanmaq şansını qorumaq üçün “Qəbələ”yə 2 top fərqi ilə qalib gəlməlidir. Belə olan halda medalçıların adına son turda aydınlıq gələcək.

Hal-hazırda davam edən matçda “Qəbələ” 3:1 hesabı ilə qalib gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43