Premyer Liqa

“Qəbələ” və “Kəpəz” 3 xala sevindi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Gəncədə olacaq. Burada avrokubokları hədəfləyən "Kəpəz" AZAL-ı qonaq edəcək.

Turun mərkəzi matçı isə "İnter Arena"da keçiriləcək. Fasilədən sonra ilk görüşlərində məğlub olan – "İnter" və "Qəbələ" günün son matçında üz-üzə gələn komandalar olacaq.

Azərbaycan Premyer Liqası, 20-ci tur

7 fevral (bazar)

13:30. “Kəpəz” – AZAL – 2:0
Qol: Budaq Nəsirov 27, Ebah 86

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev.

Gəncə şəhər stadionu.

17:30. “İnter” – “Qəbələ” – 0:1
Qol: Zets 18.

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Nail Nağıyev.

Bakı. “İnter Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43