İdman

“Qəbələ” və “Keşlə” də boşluğu dolduracaq

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Keşlə”  yoxlama görüşü keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Yuri Maksimovun yetirmələri “Qəbələ” ilə qarşılaşacaq.

Sabah üçün nəzərdə tutulan oyun, Bakının bazasında reallaşacaq.

Qeyd edək ki, yaranan fasilədə bu “Qəbələ”nin ikinci yoxlama matçı olacaq. Daha əvvəl əyalət klubu Region Liqasında çıxış edən “Tufan”la qarşılaşıb və 15 cavabsız qolla qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43