Ölkə futbolu

“Qəbələ” “Xəzər Lənkəran” üçün hazırlaşır

Topaz Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 28-də Qəbələdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “Qırmızı-qaralar” məşqlərini doğma məkanda keçirir. Ötən turun “Neftçi” ilə (0:0) oyunundan sonra qısa istirahət edən “qırmızı-qaralar” sentyabrın 24-dən məşq prosesini bərpa edib. Məşqlərdə iki futbolçu – zədəsi olan Volodimir Levin və Dodo iştirak etmirlər.

Qeyd edək ki, “Xəzər Lənkəran”la Qəbələdə keçiriləcək oyun saat 19:00-da başlayacaq. Matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43