İdman

“Qəbələ” Xorvatiya nəhənginə qarşı

Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə heç-heçə edib – 1:1.

28 iyun

Yoxlama oyunu

20:00. “Qəbələ” – “Dinamo” (Zaqreb)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43