Ölkə futbolu

“Qəbələ” yenidən məşqlərə başladı

2014/2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” 2 günlük fasilədən sonra məşq prosesini bərpa edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, toplanışın ikinci mərhələsinin ilk gününü komanda 1 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında baş tutan axşam məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43