Ölkə futbolu

“Qəbələ” yorulmaq bilmir, daha bir yoxlama görüşü keçirdilər

2014-15 mövsümünün ikinci yarısına “Bakı” üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayan “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məıumatına görə, “qırmızı-qaralar” Azərbaycan çempionatının I divizionunda çıxış edən “Zirə”ni sınağa çəkib. “Bakı” ilə matçda meydana çıxmayanlar və meydanda o qədər də çox vaxt keçirməyənlər, həmçinin əvəzedici heyətin üzvləri meydana çıxıb.

ADBTİA-nın stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1.Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qırmızı-qaralar”ın 3-cü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində zirəliləri məyus edib.

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43