Kateqoriyasız

“Qəbələ” yoxlama görüşündə böyükhesablı qələbə qazandı

Premyer Liqanın 5-ci turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək  matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ”  yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, dünən əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.

Əsas komandaya qələbə qazandıran qolları braziliyalı futbolçular – Luis Paulo Hilario (2) və Markinyos vurub. Bu oyundan sonra bir günlük istirahət verilən komanda hazırlıqlarını sabah davam etdirəcək. Milli komandaların düşərgəsində olan futbolçular və zədəli Vladimir Levindən başqa bütün oyunçular məşqlərdə iştirak edəcək

Xatırladaq ki, sentyabrın 13-də “Qəbələ”nin əsas komandası Zaqatalada “Simurq”la qarşılaşacaq. Bundan bir gün əvvəl isə klubların əvəzedici heyətləri görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43