Ölkə futbolu

“Qəbələ” yoxlama oyununda qalib gəlib

Premyer Liqanın 12-ci turu çərçivəsində AZAL-a qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ”  yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, bu gün əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.

Dorinel Muntyanu bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Aleksandru Benqa, Pavol Farkaş, Ruslan Tağızadə, Müşfiq Teymurov, Adrian Ropotan, Andrei Kristea, Dodo, Markinyoş, Yazalde Pinto, Tellur Mütəllimov. Matçın gedişində Rafael Santos Benqanı, Viktor Mendi Markinyoşu, Ekiqo Ehiosun Yazaldeni əvəzləyib. Görüşdəki qolları Yazalde, Markinyoş və Mütəllimov vurublar.

Xatırladaq ki, “Qəbələ”nin əsas komandası noyabrın 12-də Sumqayıtda eyniadlı komanda ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43