Ölkə futbolu

“Qəbələ” Yunanıstandan məğlub dönür (YENİLƏNB)

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz “Qəbələ” səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb. 

Görüşün taleyini bir qol həll edib. Matçın 36-cı dəqiqəsində İlqar Qurbanov cərimə meydançasında əllə oynayaraq penaltiyə səbəb olub. "Panatinaikos"un futbolçusu Mollins dəqiq oynayaraq komandasına qələbə qazandırıb.

Xatırladaq ki, “Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində sözügedən klubla qarşılaşıb. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.

27 iyul

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

22:30. “Panatinaikos” – “Qəbələ” 1:0

QOL: Qilyerme Molins, 36-pen

Baş hakim: Xuan Martines Munuera

Yan xətt hakimləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font

Dördüncü hakim: Mario Malero Lopes (hamısı İspaniya)

Hakim-inspektor: Lesli Ayrvin (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Yanis Mejeçkis (Litva)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43