Premyer Liqa

“Qəbələ”də 4 ciddi itki

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın müdafiəçiləri Rafael Santos və Vitali Vernidub sözügedən matçda iştirak edə bilməyəcəklər. Gənc yarımmüdafiəçi Elvin Camalov isə əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb.

Bir müddət öncə əmiliyyat olunan Asif Məmmədov isə məşqlərə başlasa da, Gəncədə keçirləcək matçda oynamayacaq.

“Zirə” ilə matçda qırmızı vərəqə alan və “Qarabağ”la görüşü buraxan “qırmızı-qaralar”ın müdafiəçisi Rasim Ramaldanov cəzasını başa vurub və “Kəpəz”lə oyunda iştirakı gözlənilir.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu fevralın 28-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43