Ölkə futbolu

“Qəbələ”də ciddi itki – FOTO

Bu gün Azərbaycan kubokunun finalında “Qəbələ” “Qarabağ”la qarşılaşır.

Hazırda davam edən matçda “Qəbələ”  ciddi itki ilə üzləşib. Görüşün 27-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovla toqquşan “Qəbələ”li Tellur Mütəllimov dizindən zədələnib.

Oyunu davam etdirə bilməyən futbolçu Roman Hüseynovla əvəzlənib.

Əyalət klubunun baş məşqçisi Roman Qriqorçuk R.Hüseynovla birlikdə Məhəmməd Mirzəbəyovu da meydana buraxıb. O, Teo Uiksi əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43