Ölkə futbolu

“Qəbələ”də son durum: 3 aparıcı futbolçu sıradan çıxdı

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 2-ci gününü 2 məşqlə yekunlaşdırıb. 

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Günün birinci yarısında reallaşan məşq prosesinə trenajor zalında başlayan komanda güc çalışmalarına üstünlük verib. Ardınca isə “qırmızı-qaralar” hazırlığı meydançada davam etdiriblər. Günün ikinci yarısında isə komanda əsasən toplu çalışmalara və taktiki tapşırıqlara diqqət ayırıb. Kamran Ağayev xəstəlik, Pavol Farkaş və Ekiqo Ehiosun isə zədə səbəbindən məşq prosesində iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43