Kateqoriyasız

“Qəbələ”də “təmizləmə əməliyyatı” başladı: Bir legioner göndərildi

“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb. 

İdmanxeber.com-un məlumatına görə, yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək. 2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandamızın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.

Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandamızın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib.

“Qəbələ” İdman Klubu Derlis Meza Kolliyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43