Kateqoriyasız

“Qəbələ”də Toni Adamsa yeni vəzifə verildi

“Qəbələ” klubunda yeni təyinat rəsmiləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub.

Böyük britaniyalı futbol veteranı bundan sonra “Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək.

İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan Adams bunadək klubda iki fərqli vəzifədə çalışıb. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın sükanı arxasında olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran T.Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43