Ölkə futbolu

“Qəbələ”dən 8 qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin təmsilçiləri AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb.

U-19 səfərdə “Şərurspor”la qarşılaşıb. Komanda bu matçda 8:0 hesabı ilə qələbə qazanıb. 22 oyunda 50 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

U-17 Liqasında çıxış edən “Qəbələ” bu turda istirahət edib. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan komanda 3-cü pillədədi və liderdən əlavə göstəricilərdə geri qalır.

U-16 səfərdə “Zirə” ilə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 3 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 17 matçdan sonra 37 xala malik komanda 2-ci yerdədi.

Əvvəl “Zirə” ilə qollu heç-heçə edib (1:1), ardınca “Qarabağ”ı 3 cavabsız qolla məğlub edən U-15 liderliyə şərikdi. 16 oyundan sonra 44 xalla “qırmızı-qaralar” yalnız əlavə göstəricilərdə 2-cidi.

U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında da mövsümün ikinci yarısına start verilib. Təmsilçilərimiz “Qəbələ” və UGİM arasında dueldə birincilər 1:0 hesabı ilə qalib gəlib. 14 turdan sonra “qırmızı-qaralar” 42 xalla 1-ci, “məktəblilər” 30 xalla 3-cüdü.

Eyni zonada çıxış edən U-11-lərin yarışında hər iki təmsilçimiz qələbə qazanıb. “Qəbələ” ROİL-ə 12:0, UGİM “Daşqın”a 4:1 hesabı ilə qalib gəlib. 14 turdan sonra “Qəbələ” 42 xalla 1-ci, UGİM 39 xalla 2-cidi.

U-10 Liqasının eyni zonasında Gİİ və UGİM arasında Qəbələ derbisində birincilər qalib gəlib – 2:1. Bu turu buraxan “Qəbələ” 13 oyunda 37 xalla 1-ci, Gİİ 30 xalla 3-cü, 22 xala malik UGİM 7-ci yerdə qərarlaşıb.

Qızlardan ibarət komanda isə yüksək liqada “Veqa”ya qalib gəlib – 3:0. 10 oyunda 25 xal yığan “qırmızı-qaralar” 2-ci pillədədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43