Ölkə futbolu

“Qəbələ”dən daha 3 transfer və “STOP” – ÖZƏL

Avropa Liqasında mübarizə aparan və ilk oyununda məğlub olaraq mərhələ şansını möcüzəyə bağlayan “Qəbələ” yeni mövsümün planlarını qurur.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, əyalət klubu transfer çalışmalarını yalnız 3 oyunçu aldıqdan sonra yekunlaşdıracaq. 

“Qəbələ”nin rumıniyalı baş məşqçisi Dorniel Muntyanu iki mövqedəki problemi aradan qaldırmaqla, transfer çalışmalarına “stop” demək fikrindədi. Belə ki, “qırmızı-qaralar” bir müdafiəçi və iki hücumameyilli yarımmüdafiəçi almaqla bu zonadakı çatışmamazlıqları həll etmək istəyir. 

Bu transferlərdən sonra isə artıq transfer çalışmalarına yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43