Ölkə futbolu

“Qəbələ”dən növbəti transfer

2017/18 mövsümünün hazırlıqlarını Avstriyada davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famoussa Kone ilə anlaşan “qırmızı-qaralar” Deyv Bultuisi də heyətinə qatıb. 27 yaşlı hollandiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına da Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub. 2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43