İdman

“Qəbələ”dən sərt bəyənat: “Qarabağ”ın futbolçusu klubdan və Roman Qrioqorçukdan üzr istəməlidi

“Qəbələ” klubu bəyanat yayıb.
İdmanxeber.com-un məlumatına görə, bəyanatda “Qarabağ”ın futbolçusu Mahir Mədətovun “Qəbələ” və komandanın baş məşqçisi Roman Qriqorçukdan üzr istəməsi tələb edilir.
Buna səbəb millimizin hücumçusunun 31 dekabr 2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində səsləndirdiyi fikir olub.
Bəyanatda Mədətovun verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandanın baş məşqçisi və futbolçular arasında olan dialoqu məsxərəyə qoyması, klubdaxili iclas zaman Roman Qriqorçukun fikirlərinin düzgün çatdırmadığı qeyd olunub:
“Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.

Bütün bunları nəzərə alaraq, “Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43