İdman

“Qəbələ”nin Avroliqadakı rəqibi 10 milyon avro ödədi

“Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərindən “Anderlext” heyətini gücləndirib. 

İdmanxeber.com-un məlumatına görə, “bənövşəyilər” rumıniyalı oyunçu Nikolae Stansiunu transfer edib.

 

“Styaua”dan alınan hücumameyilli yarımmüdafiəçi üçün 10 milyon avro ödənib.

 

Qeyd edək ki, 2013-cü ildən Buxarest təmsilçisinin heyətində çıxış edən 23 yaşlı oyunçu bu müddətdə 90 oyunda meydana çıxıb və 24 qol vurub. O, Rumıniya millisi ilə də 7 matçda fora geyinib və 4 dəfə rəqib qapıçıları məyus edib.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43