Kateqoriyasız

“Qəbələ”nin Avropa Liqasındakı potensial rəqibləri: “Vest-Hem”, “Srvena Zvezda” və başqaları (SİYAHI)

Tarixində ikinci dəfə Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin 47 potensial rəqibindən 45-i bəllidi.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın reytinq xalı aşağı olduğundan səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, digər iki klubumuzla müqayisədə püşk əyalət təmsilçisinə nisbətən güclü komanda bəxş edə bilər.

İngiltərənin “Vest Hem”, Serbiyanın “Srvena Zvezda”, İsveçin AİK, “Höteborq”, Norveçin “Rusenborq” kimi güclü komandaları “Qəbələ”yə rəqib ola bilərlər.

Ümumilikdə isə “Qəbələ”nin Avropa Liqasındakı potensial rəqibləri aşağıdakılardı:

“Vest-Hem” (İngiltərə), “Torpedo” (Belarus), “Şaxtyor” (Belarus), “Aktobe” (Qazaxıstan), “Şerif” (Moldova), “Daçiya” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan), “Slovan” (Slovakiya), “Jilina” (Slovakiya), “Spartak” (Slovakiya), “Elfsborq” (İsveç), AİK (İsveç), “Höteborq” (İsveç), “Rusenborq” (Norveç), “Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya), “Hafnarfyordur” (İslandiya), “Şemrok Rovers” (İrlandiya), “Sent-Patriks” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Diffeerdanj” (Lüksemburq), “Srvena Zvezda” (Serbiya), “Voyvodina” (Serbiya), “Buduçnost” (Çernoqoriya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Omoniya” (Kipr), “Botosani” (Rumıniya), “Koper” (Sloveniya), “Qo Ehed İqls” (Hollandiya), “Linfild” (Şimali İrlandiya), “Valletta” (Malta), “Birkirkara” (Malta), “Rabotniçki” (Makedoniya), “Aberdin” (Şotlandiya) və “HB Torshavn” (Farer adaları), “Bröndbü” (Danimarka), “Sent-Conston” (Şotlandiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Randers” (Danimarka), “Lokomotiv” (Xorvatiya), “Beytar” (İsrail), “Jrinski” (Bosniya və Herseqovina), “Domjale” (Sloveniya), “Vaduts” (Lixtenşteyn).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43