Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi: “Futbolçularım vacib işin öhdəsindən gəldilər”

Səfərdə  “Simurq”u məğlub edən “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsinə yüksəldi.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu oyundan sonra keçirilən mətbuat konfransında bu ifadələri işlədib:

”İlk növbədə futbolçularımı təbrik edirəm. Biz AZAL-a qarşı yaxşı oynasaq da, uduzmuşduq. Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq. Uğursuz oyundan sonra “Simurq”la görüş önəmli idi. Futbolçularım vacib işin öhdəsindən gəldilər. “Simurq”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43