Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi: “Qazanılan 1 xal isə, sözsüz ki…”

Topaz Premyer Liqasının XI turunun açılış oyununda “Qəbələ” “Bakı” ilə üz-üzə gəldi. 1-1 hesabı ilə başa çatan oyundan sonra “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu düşüncələrini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu matçdan sonra bu fikirləri deyib:

“Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik. Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43