Ölkə futbolu

“Qəbələ”nin futbolçusu bıçaq altına yatdı

Məşq zamanı  zədə alan və dizində menisk yırtığı əmələ gələn "Qəbələ"nin futbolçusu Omar Kalaban İstanbulda – "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Futbolçu sabah ölkəmizə dönəcək.

Omarın 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43