Kateqoriyasız

“Qəbələ”nin futbolçusu pley-off oyunlarına çağırıldı

“Qəbələ” klubunun futbolçusu Ermin Zets növbəti dəfə Bosniya və Herseqovina milli komandasına dəvət alıb.

İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın pley-off mərhələsinin İrlandiya ilə oyunları üçün heyətə çağırılan Zetsin noyabrın 9-da millinin düşərgəsində olması istənilib.

Bosniya və Hersoqovinanın İrlandiya ilə ilk matçı öz meydanında (13 noyabr), cavab matçı isə 3 gün sonra (16 noyabr) səfərdə olacaq.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43